Xərçəngin müalicəsində yenilik: Yeni tərkib müalicədə effektiv oldu

Müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunan iki fərqli tərkibin konbinasiyası xərçəngin müalicəsində müsbət nəticələrini verdi.

Xərçəngin müalicəsində yenilik: Yeni tərkib müalicədə effektiv oldu

Diabet və antihipertenziv dərmanlarının kombinasiyası xərçəng hüceyrələri ilə mübarizədə effektivliyi kəşf edildi.

"Tip 2 diabet" müalicəsində çox hallarda istifadə edilən metformin anti-xərçəng xüsusiyyətini göstərdi, ancaq effektivliyi xərçəngi müalicə etmək üçün çox aşağı idi. Bununla birlikdə, İsveçrədəki Bazel Universitetindən tətqiqatçılar metforminin antihipertensiv dərman (təzyiqi aşağı salmaq üçün) olan syrosingopin ilə kombinə edilməsinin metforminin xərçənglə mübarizədə təsirini artırdığını kəşf etdi. Metforminin tipik dozası xərçənglə mübarizədə effektiv deyildi, ancaq dərmanın daha yüksək dozaları istənməyən əlavə təsirlər yaradırdı.

Bu səbəbdən Bazel Universitetindəki Biozentrumda Professor Mişel Holl liderliyindəki tətqiqatçılar metforminin xərçənglə mübarizədə fəaliyyətini artıra biləcəklərini təyin etmək üçün 1.000-dən çox narkotik preparat tədqiq etdi. Araşdırmaçılar syrosingopinin metforminin təsirini artırdığını və xərçəngli hüceyrələri proqramlı "intihar"a məcbur etdiyini müəyyən etdi.

Metformin tip 2 diabet xəstələrində qan şəkəri səviyyəsini aşağı salır ve eyni zamanda hüceyrənin enerji fabriklərində mövcud olan mitoxondrial respirasiya (mitoxondridəki maddələrin ATF-yə çevrilməsi) zəncirini bloklayır. Syrosingopine şəkərlərin parçalanmasına mane olur, buna görə də bu iki maddənin kombinasiyası hüceyrə üçün enerji təmin edən həyati vacib prosesləri dayandırır. Bu da xərçəngli hüceyrərin inkişaf etməsinin qarşısını alır.

Leykemiya xəstələrinin üzərində aparılan sınaqlar göstərdi ki, normal hüceyrələrə qarşı zərərli olmayacaq dozalarda tətbiq edilməklə demək olar ki, bütün şiş hüceyrələrinin bu maddələrin təsiri ilə öldüyünü gördük. Sağlam donorlardan alınan qan hüceyrələri bu maddələrdən təsirlənmədiyi üçün sadəcə xərçəng hüceyrələrinə təsir edərək onları öldürmək mümkün oldu.

Araştırmanın ilk yazarı Don Benjamin

Tətqiqatçılar bədxassəli qaraciyər xərçəngi olan siçanları bu yeni narkotik kokteyllə müalicə edildikdən sonra qaraciyər böyüməsinin azaldığını və şişlərin bir qisminin itdiyini, həmçinin şiş nodullarının miqdarının azaldığını müəyyən etdilər. 

Bilinən iki dərmanın xərçəng hüceyrə çoxalması üzərində tək başına hər dərmandan daha dərin təsirlərə yol açdığını göstərə bildik. Bu çalışmanın dataları, xərçəng xəstələrinin müalicəsin kombinasion perspevtivlərin inkişaf etdirilməsini dəstəkləyir.

Don Benjamin

Xərçəngin müalicəsində yenilik ilə əlaqəli istinadlar:

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!