Yerdə ilk həyat nə zaman yaranıb? Yeni araşdırma

Planetimizdə ilk həyatın nə zaman yarandığı hələ də araşdırılır. Yeni tədqiqatlar ilk həyatın daha tez yaranmış ola biləcəyini deyir. Ən son nəticələrə birlikdə baxaq.

Yerdə ilk həyat nə zaman yaranıb? Yeni araşdırma

“Böyük oksidləşmə hadisəsi” kimi bilinən transformasiya Yerdəki həyat üçün (çox gümanki digər planetlərdə də) çox lazımlı bir maddəni, oksigeni atmosferə doldurmuşdur. Məhz bu transformasiyadan sonra həyat indi bildiyimiz şəkli ilə təkamül etməyə başlayıb. Yeni araşdırmalar aparıldıqca bu böyük transformasiyanın dəqiq tarixi və səbəbləri haqqındakı fikirlərimiz də dəyişir. Son araşdırmalar mikroorqanizmlərin daşlarda 3.2 milyard ildən daha qədim zamanlarda da yaşadığının mümkünlüyünə işarə verməkdədir.

“Böyük oksidləşmə hadisəsinin” bitkilər kimi fotosintez edə bilən və oksigeni havaya buraxan mikroblar (siyanobakteriyalar) tərəfindən həyata keçirldiyi düşünülürdü. Lakin qədim arxeoloji artefaktlar üzərindəki ən son araşdırmalar sübut edir ki, oksigen Yerdə düşünüldüyündən də öncə - 2.7 milyard il əvvəl  artıq var idi (əvvəl bunun 2.3 milyard il əvvəldən başladığı hesab edilirdi).

Qədim daşlarda həyat izləri

Tədqiqatçılar Cənubi Afrikada olan müxtəlif qalıqları araşdırıblar. Bu qalıqlar atmosferdəki oksigenlə daşlarda olan minerallar arasındakı reaksiyaların izlərini saxlaya bilirlər. Alimlər bu nümunələrdəki xrom və digər metalların səvviyələrini analiz ediblər. Onlar həmin dövrdən, 3 milyard il əvvələ aid olan həm torpaq, həm də dəniz çöküntülərinə aid numünələrin üzərində tədqiqat aparıblar.

Araşdırmada nümunələrdəki müxtəlif xrom izotoplarına diqqət yetirilib. İzotoplar - elementlərin müxtəlif variantlarıdır. Onların protonlarının sayı eyni, neytronlarının sayı isə fərqli olur. Məsələn, 1 nömrəli atomun protonu 12, neytronu isə 6 dır. 2 nömrəli atomun da protonu 12-dir, lakin neytronu 7-dir. Bunlar bir elementin müxtəlif izotopları sayılır.

Atmosferdəki oksigen daşla reaksiyaya girdikdə aşınma prosesi nəticəsində böyük xrom izotoplarının bir hissəsi çay vasitəsilə dənizə tökülür. Bu o deməkdir ki, böyük xrom izotopların miqdarı torpaqda azaldığı halda, dənizdəki çöküntülərdə onların miqdarı artır. Bu prosesə isə oksigen səbəb olur. Araşdırma zamanı oxşar nəticələr digər metallarla da (uran, dəmir və s.) əldə edilmişdir. Bu biliklər bizə o dövrdə Yerdə artıq oksigenin var olduğunu deməyə əsas verir.

Dresser Formasiyalı stromatolit nümunəsi

Bu araşdırmadan iki il sonra, 2015-ci ildə isə fərqli bir araşdırmaçı qrupu Cənubi Afrikada və Avstraliyada olan ən qədim və çox yaxşı qorunub saxlanılmış daşları analiz ediblər. Onların araşdırdıqları daş nümunələrindən 52-nin 2.75-3.2 milyard il əvvəl, yəni oksigenin olmadığı dövrdə formalaşdığı məlum olub. Buna görə də onlar modern daşlardan çox fərqlənirlər. Araşdırmaçılar 3.2 milyard il əvvəl atmosferdə virus və bakteriya kimi sadə orqanzimlərə yetəcək qədər azotun olduğunu müəyyən ediblər. Mikroorqanizmlər havadan azotu çəkərək onu istifadə oluna biləcək formaya çevirirdilər. Bu proses əvvəllər düşünüldüyündən 1 milyard tez başlamışdır.

Əgər bu doğrudursa, o zaman ilk həyat formaları çox güman ki, oksigensiz mühitdə inkişaf ediblər, çünki “böyük oksidləşmə hadisəsi” 2.7 milyard il (bəzi alimlər bunun hələ də 2.3 milyard il əvvəl başladığı fikrindən əl çəkmir) əvvəl başlamışdır. Tapılan daşlar isə ilk həyatın 3.2 milyard il əvvəl yarana biləcəyini deyir. Bu araşdırmalar bizim qarşımıza 100%-li və birbaşa sübut qoymur. Lakin bu o demək deyil ki, həyat 3.2 milyard il əvvəl yarana bilməz. Analiz qurğularımız və Arxeologiya inkişaf etdikcə, burada yazılanların hər biri səhv və ya hər biri düz ola bilər. İstənilən halda, bu elmdir, yeni nəzəriyyələr hər zaman bir-birini əvəz edir.

Yerdə ilk həyatla bağlı digər mənbələr:

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!