Darvinin izahı: Balinalar ayılardan təkamül edib?

Tәkamül әleyhdarlarının sevә-sevә istifadә etdiyi arqumentlərdən biri Çarlz Darvinin “ayıların balinalara çevrildiyini” demәsidir. Bəs, Darvin əslində nə deyib?

Darvinin izahı: Balinalar ayılardan təkamül edib?

Tәkamül әleyhdarlarının, yəni “yaradılışçı”ların sevә-sevә istifadә etdiyi arqumentlərdən biri də Çarlz Darvinin “Növlәrin mәnşәyi” kitabında “ayıların balinalara çevrildiyini” demәsidir. İddiaya görə Darvin “Növlərin mənşəyi” kitabının ilk nüsxəsində ayıların balinalardan təkamül etdiyini iddia edib.

Kitabda haqqında bəhs edilən ifadənin İngilis dilində yazılmış versiyası belədir:

In North America the black bear was seen swimming for hours with widely open mouth, thus catching, like a whale, insects in the water. Even in so extreme a case as this, if the supply of insects were constant, and if better adapted competitors did not already exist in the country, I can see no difficulty in a race of bears being rendered, by natural selection, more and more aquatic in their structure and habits, with larger and larger mouths, till a creature was produced as monstrous as a whale.

Mətnin tərcüməsi:

Şimali Amerikada qara ayıların böcək tuta bilmək üçün eynilə balinalar kimi ağzıaçıq şəkildə saatlarla suda üzdüyü müşahidә edilmişdir. Bunun kimi çox ifrat bir halı ələ alsaq belə, əgər daimi olaraq böcəklərlə qidalanma təmin edilərsə və həmin mühitə yaxşı uyğunlaşmış başqa rəqib canlılar ortaya çıxmamışdırsa, təbii seçmә vasitəsi ilə ayı irqinin strukturlarının və vərdişlərinin suda yaşamağa uyğun şəkildə dəyişməsi üçün bir maneә görә bilmirәm. Ta ki, getdikcә genişlənən ağızları ilə bir balina qədər nəhəng bir varlıq halına gələnə qədər.

Növlərin mənşəyi, 1-ci nәşr, 6-cı bölmə, sәh. 184

Yuxarıdakı yazıdan da göründüyü kimi, Çarlz Darvin birbaşa balinaların ayılardan törədiyini iddia etmir. Bir çox “yaradılışçı” tərəfindən səhv yozulan, sevə-sevə, bilərəkdən və ya məkrli bir niyyətlə səhv ifadə edilən bu ifadədə, Darvin tərəfindən iddia edilən şey, ayıların balinalardan təkamül etdikləri deyil.  Əksinə, burada vurğulanan məsələ odur ki, bir ayının ağzının lazımi mühit şərtləri meydana gəldiyi zaman təbii seçmә yoluyla balina ağzı kimi nəhəng bir ölçüyə çata bilməsi mümkündür. Yəni bu, ayıların təkamülünə dair gələcəyə istiqamətli hipotetik bir düşüncədir. Diqqət etsək, Darvin balina kimi nəhəng bir varlıq deyir, yəni ayılar bu kimi şərtlər altında balinanın özünə deyil, balina böyüklüyündə bir varlığa çevrilə bilər.

“Yaradılışçı”lar tərəfindən israrla səhv başa düşüldüyü və yozulduğu üçün yuxarıdakı ifadəni kitabının digər nəşrlərində istifadə etmәyәn Çarlz Darvin öz yazdığı başqa bir məktubda, ayıların ağız quruluşunun və böyüklüyünün lazımi mühit şərtləri meydana gəldiyi zaman dəyişə bilәcәyini düşündüyünü bu şəkildə ifadə etmişdir:

“Bir ayının ağzının dəyişən şәrtlәrә uyğun şəkildə genişlənməsində heç bir problem olmadığı mövzusunda hələ də israr edirəm”.

More Letters of Charles Darvin, Francis Darwin, 1903, s. 162

Əgər Darvinin gələcəyə dair bu hipotetik düşüncəsini diqqətlə analiz etsək, zaman oxunu geri çevirdiyimiz zaman onun haqlı olduğunu görərik. Çünki bu gün artıq balinaların keçmişdə yaşamış və torpaqda 4 ayaq üzərində gəzmiş bir quru canlısından təkamül etdiyindən əminik. Təxminən 55 milyon il öncə məməlilərin təkamülündən, yəni dinozavrların kütləvi yox olmasından (65 milyon il öncə) qısa bir müddət sonra (geoloji şkalada 10 milyon il qısa bir müddət hesab edilir) balinaların uzaq əcdadı sayılan Pakicetus attocki su hövzəsi sahilində yaşayırdı. Edilən kimyəvi analizlər canlının balıqla bəsləndiyini ortaya qoyur. Suda qidanın bol olması səbəbiylə bu canlılar su mühitində də yaşamaq üçün təkamül etmişdir. 

Pakicetus attockinin anotomiyasına nəzər saldıqda qulaq sümüklərinin müasir balinalarınkına bənzədiyini müşahidə edirik. Yəni Darvin suda yaşayan və quruda yaşayan canlıların arasındakı təkamül əlaqəsinin olduğunu dediyi zaman haqlı idi.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!