İmmun sistemi: Təbii qalxanımız

Hamımız günün əvvəlində nə edəcəyimizi, hara gedəcəyimizi düşünürük. Gün sonunda isə əldən düşüb yatırıq. Bədənimizdə isə "dünya müharibəsi" gedir. Səbəbi? Birlikdə baxaq

İmmun sistemi: Təbii qalxanımız

Varlığı heç bilinməyən, lakin mövcudluğu yaşamağımız üçün çox vacib olan immun sistemi ilə gəlin birlikdə tanış olaq.

İmmun sisteminin necə işlədiyinə keçməzdən əvvəl onun necə vacib olduğunu nəzərinizə çatdıraq. Son statistikalar Yerdə trilyonlarla bakteriya, virus və digər patogenlərinin olduğunu göstərir. Bu o mənaya gəlir ki, gündəlik həyatımızda getdiyimiz, oturduğumuz hər yerdə patogenlər var. Siz hər saniyədə təhlükədəsiniz. Bir virus bədəninizə düşən kimi, hərhansı bir hüceyrəyə daxil olub, orda olan RNT-ni özünki ilə dəyişir və beləcə, sizin o hüceyrəniz artıq milyonlarla sayda həmin virusdan istehsal etməyə başlayır. Həmin yeni viruslar da yeni hüceyrələri zəbt edir və proses siz ölənə qədər davam edir. Lakin bu, o virus üçün elə də asan bir iş deyil. "Dağdan gəlib bağdankını qovan" virusun qarşısını alan immun sistemi var.

İmmun sistemimizin əsas hissələri

Limfa vəziləri:

Kiçik və noxud formalı strukturlardır. Onların işi infeksiya və xəstəliklərlə mübarizə aparan hüceyrə istehsal etmək və onları saxlamaqdır. Limfa vəziləri limfa sisteminin bir hissəsidir hansı ki, bundan başqa sümük iliyindən, dalaqdan və timusdan yığılıb. Limfa vəzilərində həmçinin limfa mayesi var. Bu maye, infeksiya olan zaman, limfa vəzilərinin istehsal etdiyi hüceyrələri bədənin müxtəlif hissələrinə daşıyır. Limfa vəziləri bədən xəstələnən zaman şişir və ağrımağa başlayır.

Dalaq:

Bədəndəki ən böyük limfatik orqandır. Dalaq bədənin sol tərəfində, mədənizin üstündə yerləşir. Patogenlər ilə vuruşan ağ hüceyrələrdən ibarətdir. Dalaq həmçinin bədəndəki qan səviyyəsini idarə edir və köhnəlmiş və ya zədələnmiş hüceyrələri ixrac edir.

Sümük iliyi:

Sümüklərinizin ortasında olan sarı toxumadır. Ağ qan hücyerələri istehsal edir. Bu süngərə bənzər toxuma yetişməmiş (kök) hüceyrələrdən ibarətdir. Kök hüceyrələri bədənin istənilən növ hüceyrəsinə çevrilə bilən xüsusi kateqoriyalı hüceyrələrdir.

Limfositlər:

Bu kiçik ağ qan hüceyrələri bədəndəki infeksiya və xəstəliklərlə mübarizədə çox böyük rol oynayır. Limfositlərin iki növü vardır: B-hüceyrələri patogenlərə hücum edən antellər yaradır, T-hüceyrələri isə infeksiyaya yoluxmuş və xərçəng olmuş hüceyrələri məhv etməyə kömək edir. Alt qrup olan "öldürücü T-hüceyrələri", adından göründüyü kimi infeksiyaya yoluxmuş və zədələnmiş hüceyrələri öldürür. "Köməkçi T-hüceyrələri" isə bədənin hansı patogenə necə reaksiya verəcəyini təyin edir.

Timus:

Bu kiçik orqanda T-hüceyrələri yetişir. İmmun sistemindən danışıldıqda elə də populyar olmayan bu orqan döş qəfəsinin aşağısındadır və kəklikotu yarpağına oxşayır. Bu orqan lazım olduqda antitel istehsal etməyə başlayır hansı ki, əzələlərin gücdən düşməsinə gətirib çıxarır. Timus yetkin insanlara nisbətdə körpələrdə daha böyük olur, cinsi yetkinlikdən  sonra kiçilməyə başlayır. Yaş keçdikcə isə yağla əvəz olmağa başlayır.

Leykositlər:

Bu patogenlərlə mübarizə aparan ağ qan hüceyrələri immun sisteminin limfa sistemindən sonrakı müdafiə təqəbəqəsidir. Qanda ağ hüceyrələrinin çoxluğu leykositoz adlanır və infeksiya zamanı baş verir. Leykositlərə faqositlər (makrofaqlar, neytrofillərdendritik hüceyrələr), mast hüceyrələri, eozinofillərbazofillər daxildir. Bunların hər birinin nə iş gördüyünü izah etmək və anlamaq uzun vaxt tələb edir. Lakin əmin ola bilərsiniz ki, onların hər biri immun sistemi üçün çox vacibdir və biri olmasa bütün sistem alt-üst olar.

İmmun sistemi xəstəlikləri

İmmun sistemi həmişə doğru işləmir və təbii ki, o qüsursuz deyildir. İmmun sistemi xəstəliklərindən ən adiləri və yaxşı tanınmışları allergik xəstəliklərdir (allergik rinit, asma və ekzema). Bunlar immun sisteminin təhlükəsiz şeylərə, məsələn toza qarşı həddindən artıq güclü reaksiya göstərməsidir.

İmmun sisteminin başqa və daha ağır xəstəlikləri avtoimmun xəstəlikləridir. Bu immunitet sisteminin bədənin özünə hücum etməsidir. Bu xəstəliklərə "sistematik lupus eritematoz romatoid artrit", "Haşimoto tiroditi", I növ şəkərli diabeti misal göstərmək olar.

İmmun sisteminin yanlış və ya doğru işləməsi problemindən başqa onun ümumiyyətlə işləyib-işləməməsi də vardır. İmmun sistemi bəzi hallarda heç işləmir və insanın çox təhlükəli xəstəliklərə yoluxmasına səbəb olur. Bu hallar genetik xəstəliklər, İİV/QİÇS və immunitet sisteminin fəaliyyətini zəiflədən maddələrin qəbulu zamanı yaranır.

İmmun sistemini necə gücləndirməlidir?

Bu əsasən genetikadan asılı bir şeydir. Lakin vaxt keçdikcə şəxsin öz qidalanmasına və istirahətinə laqeyd yanaşması immuni sistemində problemlər yaradacaq. Sizin immun sisteminiz doğuşdan əla ola bilər. Ətrafınızdakı insanlar xəstələnərkən siz xəstələnməyə bilərsiniz. Ancaq bundan arxayınlaşıb öz sağlamlığınıza laqeyd yanaşmağınız sizə doğuşdan verilən güclü immun sistemini alt-üst edə bilər.

İlk öncə qidalanma və yuxu gəlir. Hər gün 8-10 saat yuxu və kütlənizə uyğun qida qəbulu immun sisteminin düz işləməsi üçün vacibdir. Bu iki şey qaydasında olduqdan sonra idman və psixi sağlamlığa baxmaq lazımdır. Stress, depressiya immun sistemini zəiflədən amillərdən biridir. İdman ilə isə siz, bədənin möhkəmliyini artıracaqsınız.

İmmun sistemi üçün mənbələr və istinadlar:

  1. UCSD: A Practical Guide to Clinical Medicine
  2. NIH: Immune System
  3. Harvard Medical School: How to boost your immune system
© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!