Paredoliya: Niyə olmayan şeyləri görürük?

Yaşamımız boyunca ən azı bir dəfə aidiyyatsız nəsnələri insana, heyvana, əşyaya və ya bizə tanış olan bir şeyə bənzətdiyimiz olub. Bəs bunun səbəbi nədir? Birlikdə baxaq.

Paredoliya: Niyə olmayan şeyləri görürük?

Mələyə bənzəyən bir bulud, bәzi insanlarda güvәndә olduğu hissini oyada, bəzi insanlarda isə qorxuya səbəb ola bilər. İnsanlar hamamlarının pәncәrәsindә Müqәddәs Mәryәmin şәklini axtarır, Mars qayalarında insan sifәtinә, siçana vә xәrçәngә bәnzәyәn siluetlər gördüklərini iddia edirlər.

Bu pareidoliyanın gücüdür. Bizə görüntü vә sәslәrin tәsadüfi konbinasıya üzәrindә olan naxış vә ya çizgilәri, tanış bir şeymiş kimi bizə göstәrәn, insan beyninin qәribә amma tamamilә tәbii bir funksiyası var.

Yunan mәnşәli pareidoliya anlayışı (para - yerinә, eidolon -görüntü, şәkil), müәyyәn mәnzәrә içindә gizli tәhlükәlәri aşkar etmәk üçün gәrәkli olan, çox uzaq keçmişdә (elә günümüzdә dә) sağ qalmaq üçün işimizә yaramış bir qabiliyyәtә verilәn addır. Qısa izahla, pareidoliya hər hansı bir görüntüdə, səthdə tanış bir forma görməkdir. Karl Saqanın fikrinə görə pareidoliya insanların bir-birini tanıması üçün təkamülləşmişdir. Təbii ki, bu barədə mübahisələr hələ də davam edir.

Qәribә yerlәr, tanış fiqurlar

Nağıllardakı trollara, divlәrә oxşayan ağaclar, körpülәr bәhs etdiyimiz pareidoliya sәbәbindәndir. Bu, bizә buludlarda bir fiqur, Ayın sәthindә insan sifәti görmәkdә, gecә sәmadakı ulduzlarda bürclәr düzәtmәmizdә kömәk edәn bir şeydir.

Pareidoliya

Bu anlayış tәkamül tariximiz boyunca beynimizin tәkamülünün yan mәhsulu olaraq bizimlә günümüzә daşınmışdır. Әlbәttә, beynimizin xәtalı işlәmәsinә bir göstəricisi olsa da, bu bacarıq bәzәn hәyatımızı belә qurtara bilir. Mәsәlәn, qaranlığı bir caniyә bәnzәtmәk vә oradan uzaqlaşmaq qaranlıqda hәqiqәtәn də sizi gözlәyәn bir caninin olması ehtimalı səbəbindən sizin üçün olduqca әlverişli bir davranışdır. Lakin bu, çox zaman işә yaramaz.

Son illәrdә sosial mediyanın diqqәti sayәsindә bu kimi faktlar artıq yayılmağa vә bәzi xәyal gücü ehtiva edәn kitablara mövzu olmağa başladı, əlbәttә ki, yanlış şәkildә. Mәsәlәn, uzun müddәt xәbәrlәrdә vә bәzi kitablarda Marsdan çәkilәrәk göndәrilәn bir şәkildә hәrkәs insan üzünә bәnzәr bir tikilini görür vә nәticәdә Marsda bir zamanlar ağıllı vә insana bәnzәyәn hәyat formaları olduğunu düşünürdülәr. Bәzilәri isә daha irәli gedәrәk hәmin canlıların bizim planetdә hәyatı başlatdığını belә irәli sürürdü. Günümüzdә Curiosity Roveri tәrәfindәn Marsdan çəkilərək göndərilən şәkillәrdә hәlә dә dini fiqurlar tapan xeyli insan mövcuddur.

Marsadakı insan sifətinə bənzər yüksəklik

Qәribәdir, hәr kәs eyni şәkildә pareidoliya ilә qarşılaşır ya da qarşılaşmır. Psixoloji olaraq tәsadüfi mәlumatlarda mәna axtarıb tapmaq kimi davranışlar, güclü dini ya da paranormal inanclara sahib insanlar arasında daha geniş yayılıb. Pareidoliya ilә bağlı saysız mәlumatlar var: Bunlara böyük dinlәrin simvolları vә ya Sinqapurda bir ağacın bәnzәdiyi meymun-tanrı Şourd vә ya 2004-ci il Asiyada olan sunamidә şәkillәrdә "Allah" yazısı vә s. daxildir.

Bir çox insan eyni görüntünü görsә belә onu fәrqli şәkildә xarakterizә edә bilәr:  Asiyada "Ay dovşanı"nı qәrbli hәr bir uşaq "Aydakı adam" olaraq bilir. Bu, fәrqli mәdәniyyәtlәrdә Ay buffalosu, әjdahası, qurbağası vә s. olaraq bilinir. Siz hətta öz dostunuzla belə Ayın səthində gördüyünüz şey barədə mübahisə edə bilərsiniz.

Pareidoliya sadəcə görmәklә sәrhәddli deyil. Səs pareidoliyası təsadüfi səslərdən məna yaratmağa çalışmağa deyilir. Qəbirstanlıqda olan bəzi səslər ruh ovçuları üçün qəbrdən danışan ruhların səsidir. Bundan başqa, şaiyəyə görə bəzi pop mahnılarını geriyә çaldıqda "Paul öldü" səsinin eşidilməsinə və bu kimi digər gizli mesajların olmasına Beatles qrupunun heyranları hələ də inanırmış.

Sənət və elmdə pareidoliya

Pareidoliya bəzən qorxunc və axmaq nəticələrə səbəb ola bilər, bəzən də olmaz. Ancaq psixoloqlar üzərinə təsadüfi mürəkkəb çilənmiş Rorşax testində təhtəlşüuru anlamaq üçün bu metoddan istifadə edir. Rəssamlar da müxtəlif şəkillərdə vizuallarla oynayaraq, pareidoliya effekti vasitəsi ilə, özlərinə heyranlar qazana bilirlər. Məsələn, adətən güllərin rəsmini çəkən Georgia O’Keefe bir tablosunda güllərin şəklini çəksə də hər kəs onu qadının cinsi orqanına bənzədir.

Pareidoliya insan beynində minlərlə ildir dəyişməmişdir. Hətta üz tanıma və xəritələşdirmə kimi metodlarda istifadə olunaraq rəqəmsal dünyaya köçmüşdür. Xüsusi kompüter proqamları bənzər yerləri və oxşar insanları məhz bu formada müəyyən edir.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!