9-cu Planet: Həqiqət yoxsa yeni bir boş ümid?

Plutonun planet statusunun əlindən alınmasından sonra 9-cu planetin olması olduğu fikri alimlərin beynindən çıxmır. Bu dəfə deyəsən onu tapdıq. Elə isə gəlin tanış olaq.

9-cu Planet: Həqiqət yoxsa yeni bir boş ümid?

Bir neçə il öncə Mayk Braun Günəş sistemimizdə 10-cu planeti kəşf etdi. Bu, 2005-ci ildə, Brounun Kaltekdə astronom olduğu dönəmdə baş vermişdi. Broun teleskoponun obyektini sonradan Erida adlanan (Broun Ksena adını daha üstün tuturdu) 10-cu planetə tuşladı. Erida təxminən o zamanlar hələ bir planet olan Pluton boyda idi, orbiti isə 3 dəfə daha böyük idi. Lakin Eridanın varlığı bərabərində bəzi sualları doğurdu: Planet tam olaraq nədir? Niyə Günəşin ətrafında bir orbit üzrə dövr edən digər göy cisimləri planet adlandırılmasın? Nəhayət, Beynəlxalq Astronomiya İttifaqı Braunun səyi ilə Eridanı cırtdan planet - kübar deyişlə tam bir planet olmayan cism - elan etdi. Pluton da həmçinin çıxdaş edilərək planet statusu əlindən alındı. 10 planet yerinə 8 planet qaldı. Braun hələ də məktublar alır və gecənin bir yarısında 9-cu planet üçün darıxan insanlardan təhqiredici zənglər qəbul edir. Amma o peşman deyil. Braun deyir: 

10 il əvvəl bu baş verəndə insanlar məndən soruşursu ki, oralarda bir yerdə başqa 9-cu planet varmı? Mən cavab verirdim ki, yox, hamısı elə budur və biz heç vaxt daha artığına sahib olmayacağıq.

İndi isə Broun düşünür ki, o yanılıb. Təxminən, bir həftə öncə Astronomiya Jurnalında Braun və onun həmkarı Konstantin Batiqinin "Günəş sistemində 9-cu böyük planetin varlığına dair dəlillər" başlıqlı məqalələri yayımlandı. Bu məqaləyə görə Braun və Batiqin orada bir yerdə 9-cu planetin var olduğundan əmindirlər. Onlar bu planeti birbaşa müşahidə etməsə də kiçik göy cisimlərinin planet olduğu təxmin edilən obyektin qravitasiyasına qapılaraq çizdikləri treyoktoriyaları müşahidə ediblər. Bir ildən uzun sürən müşahidə, hesablama və kompyuter simulyasiyalarından sonra Braun 9-cu planetin varlığından əmin olduğunu deyir.

Təxminlərinə görə bu planet Yerdən 10 dəfə çox və ya Neptunun kütləsinin yarısı qədər kütləyə malikdir və həqiqətən də olduqca uzaqdır. Planet eksentrik bir orbiti, yəni çevrəyə çox az yaxın ellipsvari orbiti izləyir və heç bir zaman Günəşə 250 astronomik məsafədən artıq yaxınlaşmır. Orbitinin ən uzaq nöqtəsi isə 600-1200 astronomik məsafə vahididir.Bu planetə getmək 11-12 min il vaxt alar. Bu bir buz nəhəngi, tənha səyyah və sistemin kənarında olan qravitional zorbadır. Broun və Batiqin onu 9-cu planet, YehoşafatCorc adlandırırlar. Braunun dediyinə görə Batiqinlə danışıqları əsnasında ona "Yağlı" deyirmişlər.

Braun etiraf edir ki, astronomiyanın tarixi boş ümidlərlə doludur. 1846-cı ildə Neptunun varlığını proqnoz edən fransız riyaziyyatçı Urbain Le Verrier həmçinin Günəş və Merkuri arasında bir planetin olduğunu da demişdi. O, onu Vulkan adlandırmışdı, lakin sonradan elə bir planetin var olmadığı məlum oldu. Demək olar ki, hər il Planet X-ın kəşf edildiyi elan edilir. Sabahısı gün isə elan geri çəkilir. Bunlar sadəcə Qaliley və ondan sonra 4 əsr boyunca astronomların gözdən qaçırdığı bir planeti kəşf etməyin həyəcanıdır.

Santa Kruzdakı Kaliforniya Universitindən olan bir astronom Qreq Laflin yazır:

Bu, çox dəqiq və dinamik bir analizdir. Əgər başqa bir kimsə belə bir kəşf etdiyini desəydi, o planetin orda olmasının şansının ən çoxu bir faiz olduğunu deyərdik. Lakin Mayk Braunun orada nə olması haqda dəqiq və obyektiv müşahidəsini və Konstantinin şəfəqli teoriyasını birləşdirsək, 9-cu planeti tapdığımızı deyə bilərik.

9-cu planetin mümkünlüyü bizim son 10 ildə günəş sistemimiz haqqında məlumatımızın necə böyüdüyünü göstərir. 1992-ci ildə astronomlar Koyper qurşağını tapdılar. Bu qurşaq mindən çox buzlu obyektlərdən ibarət bir sahədir və Günəşlə arasında 30-50 arası astronomik vahid olan bir orbitə malikdir. Eyni ildə astrofiziklər Plutona, texniki olaraq Koyper qurşağının bir hissəsi olan obyektə missiya planlamağa başladılar. Missiya zamanı Braun və onun yoldaşları gözlənilməz bir kəşf etdi. Heç bir kateqoriyaya uyğun olmayan bir obyekt tapıldı: Sedna. Sonradan bu tapıntı Plutonu planet titulundan məhrum etdi.

Sedna (illustrativ görüntü)

Planetlər haqqında az bilinən faktlardan biri də onların sistemdəki digər cisimlərə təsir etməsi üçün kifayət qədər kütlə və cazibəyə malik olmasıdır.

İl yarıma yaxın analizdən sonra biz müəyyən etdik ki, göy cisimlərinə təsir edən nəhəng bir planet var. Bu nəhəng planet Günəş sisteminin çox uzağındadır. Bu hesablamaları apararkən bunun təsadüfi olma ehtimalı 0,007%-dir. Bu o qədər də yaxşı qumar deyil.

Mayk Braun

Bu şübhəsiz bir planetdir. Biz hal-hazırda yüksək cazibə səbəbi ilə qonşuları üzrə dominat olan cisimlərə planet deyirik. Pluton qravitonal olaraq Neptuna təsir etmək üçün olduqca zəifdir. 9-cu Planeti öz orbitində Günəş Sistemindəki digər planetlərə nəzərən daha dominantdır. Buna görə biz əminik ki, bu obyekt qətiyyən cırtdan planet deyil. O ən azı Yerdən 10 dəfə, Plutondan 1000 dəfə ağırdır. Bir çox cəhətdən Günəş Sistemində daha bir planetin olduğu iddia edilə bilər.

Konstantin Batiqin

Braun və Batiqin hesab edir ki, 9-cu Planet Günəş sisteminin ilk günlərindən mövcuddur. Başlanğıcda bizim ulduzumuz qaz, toz qalığından yaranan bir çox ulduzdan biri idi. İlk öncə Günəş, sonra Pluton, Saturn, Uran, Neptun formalaşdı.İlk öncə bu planetlər Yerdən 10 dəfə ağır olan buz və qaya parçalarından ibarət nüvədən ibarət idi, amma Yupiter və Saturn sonradan sürətlə qaz nəhənginə çevrildi. Burada böyük ehtimalla 4 nüvədən daha artığı vardı və 9-cu Planet də onlardan biridir. Planetlər cazibə səbəbi ilə Günəşə yaxınlaşdı və deyəsən, 9-cu Planet bu işdə uğursuzluqla üzləşdi.

9-cu Planetin oralarda bir yerdə olma ehtimalı 68.3%-dir.Biz hələ 100% əmin deyilik. Bu böyük sirrli və ehtimalları artıran mükəmməl bir işdir. Biz onu hələ görməmişik, amma hiss etmişik.

Qreq Laflin
© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!