Yaşamın Bioloji Sirləri
Konfranslar
03 Dekabr 2023
Bakı

Avropa Azərbaycan Məktəbi

Yaşamın Bioloji Sirləri

"Yaşıl Elm" və "Sosium" platformalarının dəvəti ilə Türkiyənin nüfuzlu alimləri, bioloq Prof. Dr. Ali Demirsoy və genetik Dr. Funda Kaya Demirsoy ölkəmizdə qonaq oldular

3 Dekabr 2023-cü il tarixində Avropa Azərbaycan Məktəbinin konfrans zalında hər iki alimin "Yaşamın Bioloji Sirləri" adlı konfransı baş tutdu. Konfransda dəyərli alimlər qlobal istiləşmə və onun gələcəkdəki təhlükələri, insanın qocalmasının təməlində duran "telomerlər" və genin insan şəxsiyyətinin yetişməsində rolu mövzularında çıxış etdilər. Sonda "sual-cavab" hissəsində iştirakçılara maraqlı olan suallar ətraflında geniş müzakirələr aparıldı.

Həmçinin bu layihə çərçivəsində Prof. Dr. Ali Demirsoyun "Telomer faktı" kitabı "Yaşıl Elm" platformasının təşəbbüsüylə Azərbaycan türkcəsinə tərcümə edilib, nəşr edildi. Konfrans əsnasında dəyərli professor tərəfindən oxucular üçün imzalanıb, təqdim edildi. "Telomer faktı" Yaşıl Elm-in təşəbbüsüylə tərcümə və nəşr edilən 12-ci, platformanın nəzdində yeni açılan nəşriyyatın ilk kitabıdır. Oxucularımıza xoş mütaliələr.
Bu layihədə etdiyimiz yeniliklərdən biri də budur ki, fəaliyyətimiz dövründə ilk dəfə konfrans iştirakçılarına üzərində platformanın rəhbər şəxslərinin və elm adamlarının imzası olan sertifikat təqdim edildi. Daha bir məqam, konfransda könüllü və iştirakçı qismində iştirak edən bir neçə tələbəyə Prof. Dr. Ali Demirsoy tərəfindən referans verildi.
Planlama

Giriş

Sahib Altay

Açılış

Sahib Altay tədbirin açılışına edərək təşkilatçı platformalar və alimlər haqqında məlumat verir.

Orxan Şahbaz

Tədbir haqqında

Psixoloq və neyromarketin mütəxəssisi Orxan Şahbaz, tədbirin mövzusu, proqramı və əsas suallar barədə izləyiciləri məlumatlandırır.

Telomerlər və insanın yaşlanmasının təkamülü

Ali Demirsoy Prof. Dr.

Yaşamın bioloji sirləri

Prof. Dr. Ali Demirsoy insanın qocalmasının təkamülü, genetikamızdakı telomerlər və onların qocalma prosesindəki rolu və hal-hazırda gedən qlobal iqlim dəyişikliyinin gələcəkdəki fəsadları barədə çıxış edir.

Kofe breyk

Genetikamız yaşamımıza necə təsir edir?

Funda Kaya Demirsoy Dos. Dr.

Gentikamızın həyatımıza təsiri

Generik Funda Kaya Demirsoy insanın genetikasının onun sosial yaşamına necə təsir etdiyini, sosial mühitin genetikamızı dəyişib dəyişə bilməyəcəyi haqqında çıxışı təqdim edir.

Sual və Cavab

Ali Demirsoy Prof. Dr.

Sual və Cavab

Tədbirin sonunda spikerlər səhnəyə çıxaraq izləyicilərə maraqlı olan sualları cavablandırırlar.

© Yaşıl Elm | 2024 | Bütün haqqları qorunur!